17 C
Baku
Friday, April 19, 2024

“Unibank” 80 mln. manatlıq problemli kreditlə ili başa vurub

“Unibank” ASC 2022-ci ildə də kredit portfelində vaxtı keçmiş kreditlər üzrə vəziyyəti yaxşılaşdıra bilməyib.

Banker.az xəbər verir ki, bankın 1 yanvar 2023-cü il tarixinə 889.59 milyon manatlıq kredit portfeli olub, bunun 809.66 mln. manatı caridir. Yəni qalan 9%-i, yaxud 79.93 mln. manatının vaxtı keçmiş kreditdir.

İstehlak kreditlərində vaxtı keçmiş kreditlərin payı 11% (57.49 mln. manatı) olub ki, bu da respublika orta göstərici xeyli yuxarıdır.

Mərkəzi Bank açıqlayıb ki, Azərbaycanda kredit portfelinin cəmi 2.9%-i problemli kreditlərdir.

Cəmi kredit portfeli üzrə vaxtı keçmiş kreditlərin 36.61 milyon manatının durumu qeyri-qənaətbəxş saymaq olar.

Hətta portfeldə artıq 10.63 mln. manatı isə “ümidsiz” aktivlərdir. “Ümidsiz aktivlər”in 8.96 mln. manatı isə biznes kreditləridir.

Qeyd edək ki, “Unibank” ASC-nin kredit portfelinin böyük hissəsi  678.8 mln. manatı təminatsız verilib. Məsələn, 547,21 mln. manatlıq istehlak kreditinin 531.39 mln. manatı təminatsızdır.

Mərkəzi Bankın qaydalarına görə, vaxtı keçmiş kreditlərin tam təminatlı 270 günü və təminatsız isə keçərsə “ümidsiz” sayılır.

Xatırladaq ki, “Unibank” 2022-ci ildə əldə etdiyi 24.51 mln. manatlıq əməliyyat mənfəətindən 23.57 mln. manatlıq mümkün zərərlər üçün məqsədli ehtiyat yaradıb və bu onun xalis mənfəətinin artımına kəskin “neqativ” təsir edib.

21312312123123123

Son xəbərlər
Digər xəbərlər