“Unibank” ASC “Müddətli” depozit məhsulunun faiz dərəcəsini dəyişib.
Bu barədə Banker.az-ın monitorinq qrupu bildirir.
Məlumata əsasən, bank manatla cəlb olunan bu depozit məhsulunun illik faiz dərəcəsini 12%-dən 11,5-ə qədər azaldıb.
Qeyd edək ki, 11,5% 36 ayadək cəlb olunan depozitlərə aid edilir.