13 C
Baku
Saturday, April 27, 2024

“Unibank” ilk rübdəcə ₼6,8 milyonluq xalis mənfəət etdi

“Unibank KB” ASC ilinilk 3 ayı ərzində 6,83 mln. manatlıq xalis mənfəət açıqlamaqla ötən ilin eyni dövrdəki xalis mənfəət ilə müqayisədə 44 faiz bu il daha çox edib.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatında deyilir.

Bankın cəmi faiz gəlirləri hesabat müddəti ərzində 19,78 mln. manat, faiz xərcləri 7,82 mln. manat təşkil edib və faiz gətirən aktivlərin dəyərsizləşmə zərəri üzrə ehtiyatın bərpası hesabna isə 5,29 mln. manat vəsait daxil olub ki, nəticədə 17,25 mln. manatlıq xalis faiz gəliri əldə etməli olub.

Qeyd edək ki, bankın xalis mənfəəti ötən il yanvar-mart aylarında 4,74 mln. manat olmuşdu.

Bankdan 27 faizlik  böyümə

“Unibank KB” il ərzində cəmi aktivlərini 581,2 mln. manatdan 736,46 mln. manata kimi artırıb ki, bu da 27%-ə yaxın artım deməkdir. Cəi aktivlərinin böyüməsində əsas səbəbkar müştərilərinə verdiyi kreditlərin böyüməsi olub. Bankın kredit portfeli il ərzində 35% böyüyərək 399,81 mln. manata çatıb.

Qeyd edək ki, hazırda depozit portfelinin həcmi 501,03 mln. manat olmaqla cəmi öhdəlikləri 673,77 mln. manata yaxındır.
 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər