13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“Unibank” karantində işçilərini daha da artırıb

“Unibank” ASC-nin karantin rejiminin tətbiq edildiyi müddətdə işçi sayı daha da artıb.

Bu barədə Banker.az Bankın yarımillik hesabatına istinadən xəbər verir.

1 iyul 2020-ci il tarixinə “Unibank”ın işçi sayı 1325 nəfər təşkil etmişdir. İşçi sayı aprel-iyun ayları ərzində 65 nəfər, ilin əvvəli ilə müqayisədə isə 97 nəfər artmışdır.

Ötən ilin müvafiq dövründə isə “Unibank”ın işçilərinin sayı 1 193 nəfər olub ki, bu da illik müqayisədə bankın işçi heyətinin 132 nəfər artması deməkdir.

Bununla da ölkədə 3-cü ən böyük işçi heyətinə sahib statusunu qorumalı olub. Məlumat üçün bildirək ki, ilk pillədə “Kapital Bank”, ikinci isə Azərbaycan Beynəlxalq Bankıdır.

Unibank – 125.69 mln. manat səhm kapitalına sahibdir. Kapitalına aşağıdakı şəxslər sahibdir:

  1. 86,4% – Eldar Qəribov
  2. 7,6% – “Canley Finance SA” Təşkilatı
  3. 2,5% – Zemfira Cəfərova
  4. 2,2% – Tsagkamilis Georgios
  5. 0,8% – İnna İvaşenko
  6. 0,3% – Faiq Hüseynov
  7. 0,2% – Emin Quliyev

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb.

 

Son xəbərlər
Oxşar xəbərlər
X