“Unibank KB” ASC istehlak kreditlərindən birinin illik faiz dərəcəsini 2 faiz bəndi azaldıb.
Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bankın fiziki şəxslər üçün təklif etdiyi “Nağd kredit”nin faiz dərəcəsinin başlanğıc dərəcəsi 18%-dən 16%-ə qədər azaldılıb.
Qeyd edək ki, bu krediti gəlirliliyi təsdiq edən sənədlə əldə etmək mümkündür.
Minimal məbləğ 300 manat, maksimal məbləğ isə 20 000 manat və 60 aya qədər müddətlə verilir.