Unibank müştəriləri ödənişləri telefonla edəcək

®Unibank müştəriləri indi ödənişləri daha qısa müddətdə və daha rahat edə biləcəklər. Yeni NFC texnologiyalı xidmət, ödənişləri mobil telefon vasitəsilə həyata keçirməyi mümkün etdiyindən, pulqabında bank kartlarını gəzdirməyə də ehtiyac qalmır. Android smartfonlarında təmassız (NFC) ödənişləri həyata keçirmək üçün UBank app-ında yeni uPay xidməti müştərilərin istifadəsinə verilib. Contacltess imkanlı kartlarla ödəniş edilən bütün POS-terminallarda smartfonun NFC texnologiyası ilə ödəniş etmək mümkündür (https://www.youtube.com/watch?v=RHQjVSyaGqc ). 

Bazardakı mövcud NFC texnologiyalı xidmətlərdən fərqli olaraq, ilk dəfə mobil tətbiqə daxil olmadan, sadəcə telefonu POS-terminala yaxınlaşdırmaqla, ödəniş etmək mümkündür. Hələ ki, Android smartfonlarda və Mastercard kartları üzrə istifadə olunan xidmətin, gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.

Unibank müştərisi NFC funksiyası olan telefonlarda uPay sistemində ödəniş kartını seçməklə, bu xidmətdən çox rahatlıqla istifadə edə biləcək.  

Həmin kartla ödəniş etmək üçün: 

  • 100 AZN-dən aşağı məbləğlərdə sadəcə smartfonun ekranını işıqlandırmaq; 
  • 100 AZN və yuxarı məbləğlər üçün smartfonu blokdan açmaq kifayətdir. 

Unibank kartın olmasa belə, UBank əlavəsini yükləyərək rəqəmsal kart yaratmaqla, NFC texnologiyalı ödənişlərindən istifadə edə bilərsən.

Yaxın vaxtlarda Unibank tərəfindən rəqəmsal xidmətlər sahəsində müştəriyönümlü daha bir neçə yeni məhsul və xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.  

 

Unibank-Sənin Bankın!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.