“Unibank”da müddətli əmanət üzrə faiz dərəcəsi dəyişilib

“Unibank” depozit faizində dəyişiklik edib.

Banker.az xəbər verir ki, hal-hazırda “Unibank”da müddəli əmanətin faiz dərəcəsi 9,0%-dir. Bundan əvvəl isə müddətli əmanət üzrə faiz dərəcəsi 9,5% təşkil edib. Belə ki, bankda müddətli əmanətin faiz dərəcəsi 0,5 faiz bəndi azalıb.

“Unibank” müddətli əmanət üzrə minimal məbləğ milli valyutada 500 AZN təşkil edir.

Bildirək ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 77,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 9%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları