9 C
Baku
Friday, December 13, 2024

Unibankdan iPhone X-i kim qazandı?

Unibank Yeni il öncəsi Azərbaycan facebook istifadəçiləri üçün möhtəşəm bir müsabiqə keçirdi. Unibank-ın rəsmi facebook səhifəsində keçirilən “iPhone X qazanmaq şansı əldə et!”  adlı müsabiqədə ən son model iPhone X telefonunu əldə etmək üçün 10 minlərlə facebook istifadəçisi şansını yoxladı.  Sosial şəbəkənin ən səs-küylü, aktiv yarışmalarından olan bu müsabiqəyə 27 mindən çox bəyənmə gəlib, 28 min şərh yazılıb, 20 mindən çox istifadəçi isə postu paylaşıb. Ümumilikdə isə müsabiqə paylaşımını 750 min 500-dən artıq facebook istifadəçisi görüb. Çox asan şərtləri olan müsabiqədə hər bir iştirakçının qalib olmaq şansı olsa da, yarışmanın şərtlərinə görə Woobox proqramının təsadüfi seçimi nəticəsində bir nəfər qalib seçilib.

Unibank müsabiqədə iştirak edən hər bir facebook istifadəçisinə təşəkkürünü bildirir və uğurlar arzulayır. Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər