“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir

®“Unibank”ın  biznes sahiblərinə çoxsaylı güzəşt imkanı yaradan kampaniyası davam edir. “Biznesinizə 6 qat dəstək” kampaniyası çərçivəsində mayın 31-dək “Unibank”da hesab açan sahibkarlar xüsusi üstünlüklər əldə edəcəklər. Kampaniya bizneslərin gündəlik bank əməliyyatlarında xərclərə qənaət etməsinə və maliyyə xidmətlərindən daha sərfəli şəkildə yararlanmasına imkan yaradır. Güzəştlər hesab açılan tarixdən etibarən 2 ay ərzində davam edəcək.

Kampaniya çərçivəsində biznes sahiblərinə aşağıdakı imkanlar təqdim olunur:

  1. Ölkədaxili köçürmələrinə 50% endirim
  2. Əməkhaqqı köçürmələrinə 50% endirim
  3. Biznes və əməkhaqqı kartları pulsuz
  4. Valyuta konvertasiyaları 0% komissiya ilə
  5. POS-terminal ödənişlərində komissiyalara güzəştlər
  6. Fərdi valyuta məzənnələri

Təklif olunan bu üstünlüklər sahibkarlara gündəlik əməliyyat xərclərini azaltmağa, maliyyə axınlarını daha effektiv idarə etməyə və biznes fəaliyyətlərini genişləndirməyə əlavə imkanlar yaradır.

“Unibank”da elə indi hesab açın (https://hesab.unibank.az/login)  və bu fürsətlərdən faydalanın!

Unibank biznes müştərilərinə çevik, sərfəli və müasir maliyyə həlləri təqdim etməklə, sahibkarlığın inkişafına dəstəyini davam etdirir.

Unibank- Sənin Bankın!

Son xəbərlər
Digər xəbərlər