19 mart 2021-ci il tarixində saat 15:00-da “Unibank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı “ZOOM” proqramı vasitəsilə məsafədən keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə “Unibank” Kommersiya Bankı” ASC-nin 2020-ci il üzrə hesabatlarının təsdiqi və mənfəətin bölüşdürülməsi, kənar auditorun təyin edilməsi daxildir.