10 C
Baku
Bazar, Dekabr 5, 2021

“Unibank”ın rəhbərliyində dəyişiklik gözlənilir

Aprelin 4-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın Müşahidə Şurasının tərkibinə yenidən baxılması, eləcə də Bankın korporativ aktlarına, nizamnaməsinə, idarəetmə strukturuna daxil olan orqanlar barədə əsasnamələrə və onların səlahiyyətlər müddətləri barədə qərarlara əlavə və dəyişikliklər edilməsi, bağlanmış əhəmiyyətli əqdlərin nəzərdən keçirilməsi, həmçinin “Unibank”ın törəməsi olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitallnın artırılması ilə bağlı proqrama baxılması məsələləri daxildir.

Xatırladaq ki, bankın hazırda səhm kapitalı 125,69 mln. manatdır. Bankın səhmlərinə 44,5% – Avropa Yenidənqurma və İnkişaf Bankı, 41,9% – Eldar Qəribov, 5,1% – Canley Fınance Sa Təşkilatı, 2,5% – Zemfira Cəfərova, 2,5% – Rıbel Fınance Sa Təşkilatı, 2,2% – Tsagkamılıs Georgıos, 0,8% – İnna İvaşenko, 0,3% – Faiq Hüseynov, 0,2% – Emin Quliyev adlı şəxslər pay sahibidir.

Qeyd edək ki, Faiq Hüseynov həmçinin Unibank-ın İdarə Heyəti sədridir.

Son xəbərlər
Oxşar xəbərlər
X