10 C
Baku
Wednesday, December 11, 2024

“Unibank”ın yığılmış zərəri ilin sonuna 35 mln. manat olub

“Unibank KB” ASC 2023-ci ilə balansında 35 mln. manat üzərində yığılmış zərərlə start verdi.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında deyilir.

Bank 2022-ci il üzrə 557 min manat xalis mənfəət edib. Beləliklə balansında illərin yığılmış zərəri hələ də 35 milyon 34 min manat təşkil edib.

Bank hesabat dövrü ərzində faizlərdən gəlirləri illik müqayisədə 34.4% artaraq 163 milyon 23 min manat olduğu halda,  faiz xərcləri 35.2% artaraq 56 milyon 79 min manat təşkil edib. Qeyri-faiz gəlirləri illik müqayisədə 75% artaraq 69 milyon 613 min manata, xərcləri isə 53% artaraq 149 milyon 807 min manat olub.

Beləliklə, bank 24 milyon 513 min manat ili əməliyyatı mənfəətlə tamamlanıb. Lakin “Unibank” 23 milyon 565 min manatlıq mümkün zərərlər üzrə ayırmalar və 392 min manatlıq mənfəət vergisi xərcindən sonra mənfəəti 557 min manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın xalis mənfəəti 4 milyon 688 min manat idi.

Mənfəət və zərər haqqında hesabat: 31.12.2022
(min manatla)
proLosStatem Cari dövr Keçən ilin müvafiq dövrü
1 Faiz gəlirləri:        163,023               121,259  
1.1 Müştərilərə verilmiş kreditlər        157,351             117,819
1.2 Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri               120                   290
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri               463                   140
1.4 Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri            3,991                2,853
1.5 Digər faiz gəlirləri            1,098                   158
1-1 Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar –          2,237 –                   56
2 Faiz xərcləri: –        56,079   –            41,473  
2.1 Depozitlər üzrə faizlər –        45,770 –            34,909
2.2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri –              25 –                   34
2.3 Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər –          7,427 –              5,442
2.4 Pul bazarı alətlərinə ödənilən faizlər                 –                     –
2.5 Qiymətli kağızlar üzrə faizlər                 –                     –
2.6 Subordinasiya borc öhdəlikləri üzrə faizlər –          2,858 –              1,087
2.7 Digər faiz xərcləri                 –                     –
3 Xalis faiz gəliri/(zərəri)        104,707                79,730  
4 Qeyri-faiz gəlirləri:          69,613                39,813  
4.1 Alınan haqq və kommisiya gəliri          55,946              27,114
4.2 Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)            4,290                2,905
4.3 Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/(zərər)                  6 –                 658
4.4 Digər gəlirlər            9,371              10,451
5 Qeyri-faiz xərcləri: –      149,807   –            97,994  
5.1 Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər –        52,407 –            41,393
5.2 Ümumi və inzibati xərclər –        35,621 –            27,513
5.3 Amortizasiya xərcləri –          7,272 –              6,544
5.4 Digər xərclər –        54,508 –            22,544
6 Əməliyyat mənfəəti          24,513                21,550  
7 (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) –        23,565   –            16,862  
8 Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)               948                  4,688  
9 Mənfəət vergisi –             392                     –
10 Dövr üzrə xalis mənfəət               557                  4,688  

 

Son xəbərlər
Digər xəbərlər