“Unicapital İnvestisiya Şirkəti”ndə yığıncaq keçiriləcək

“Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, səhmdarlarının illik ümumi yığıncağı 23 may 2025-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:

1. “Unicapital İnvestisiya Şirkəti” ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2024-cü il üzrə illik hesabatının təsdiq edilməsi barədə;

2. “Unicapital İnvestisiya Şirkəti” ASC-nin 2024-cü il üzrə maliyyə hesabatlarının (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər əlavə edilməklə) təsdiq edilməsi barədə;

3. Cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün məsul şəxs Cəmiyyətin əməkdaşı Fidan Əkbərli təyin edilmişdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər