9 C
Baku
Friday, March 1, 2024

“Unileasing” dollar istiqrazlarını vaxtından əvvəl geri almağa başlayıb

 

“Unileasing” QSC ABŞ dolları ilə buraxdığı istiqrazları tədavül müddəti bitməmiş dövriyyədən çıxarmağa başlayıb. Artıq 200 min dollarlıq istiqraz vaxtından əvvəl geri alınıb.

Bununla bağlı noyabrın 21-də Bakı Fond Birjasında (BFB) müvafiq əqd bağlanılıb.
Xatırladaq ki, lizinq şirkətinin istiqraz emissiyası ötən ilin fevral ayında qeydə alınıb. BFB-nin Listinq Komitəsinin qəbul etdiyi qərarla “Unileasing”in hər birinin nominal dəyəri 1 000 dollar olan 5 000 ədəd (5 mln. dollarlıq) sənədsiz adlı təminatsız, faizli istiqrazları alternativ bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmənin anderrayteri “Unicapital” investisiya şirkəti olub. 3 il müddətinə tədavülə buraxılın qiymətli kağızların illik gəlirliliyi 12% olub və faizlər 3 aydan bir ödənilib.

İndiki bazar şərtləri ilə dollarda illik 12% dividend ödəmək fantastik görünsə də, “Unileasing”dən istiqrazların vaxtından əvvəl geri alınmasını belə izah ediblər: “Əlimizdə vəsaitimiz olub və qiymətli kağızları geri almışıq”.
Qeyd edək ki, “Unileasing” 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,8 mln. manatdır. Şirkətin səhmlərinin 66,67%-i “Unibank” ASC-yə, 33,33%-i isə Eldar Mahmud oğlu Qəribova (“Unibank”ın Müşahidə Şurasının sədri) məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər