Ünvanlı dövlət sosial yardımı təyin edilərkən ailənin orta aylıq gəlirinin hesablanmasında kredit nəzərə alınmayacaq.
Banker.az xəbər verir ki, indiyədək qüvvədə olan qaydalarda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilirdi. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılırdı.
Baş nazir Əli Əsədobuun qaydalara dəyişiklik edilməsi barədə qərarına əsasən, bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.