3 C
Baku
Thursday, February 29, 2024

Ünvanlı sosial yardım alanlar vergi verməlidir?

Ünvanlı dövlət sosial yardım alan şəxslər dövlət büdcəsinə hansı ödənişləri etməli və hansı bəyannamələri verməlidir?

Dövlət Vergi Xidmətindən “Banker.az”a bildirilib ki, ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı fiziki şəxslərin gəlir vergisindən azaddır. Həmin şəxslər sahibkarlıq fəaliyyətindən gəlirləri olduqda isə Vergi Məcəlləsinin müddəalarına əsasən ümumi qaydada vergiyə cəlb olunur. Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Sadələşdirilmiş vergi xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər