Dünyada koronavirusa yoluxanların sayı 75 mini ötüb keçib. Ən son məlumata görə, onlardan iki mindən çox insan dünyasını dəyişib. Buna baxmayaraq, sağalanların sayı az olmayıb: 18,2 min.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı ümid edir ki, epidemiyanın azalmağa doğru gedir. Təşkilat hər kəsi profilaktik tədbirlərə davam etməyə və bu virusun öhdəsindən gələ biləcək peyvəndin hazırlanmasına sərmayə qoymağa çağırır.
Dünyada COVID-19 virusunun yayılması ilə bağlı vəziyyətdə müsbət tendensiya müşahidə olunur. Belə ki, son bir gündə 900-ə yaxın insan koronavirusa yoluxmuş, 4 mindən çox insan isə sağalmışdır.
Yoluxma hallarının böyük hissəsi Cənubi Koreya, Yaponiya, Sinqapur və Tailandda qeydə alınıb.