7 C
Baku
Thursday, February 29, 2024

ÜST: Dünyada koronavirusa yoluxma halları həftə ərzində 5 faiz azalıb

Həftə ərzində (14-20 noyabr) dünyada 2.4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 7 mindən çox insan ölüb.

Ötən yeddi gün ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayı 5 faiz, ölüm hallarının sayı isə 13 faiz azalıb.

ÜST-nin məlumatına əsasən, dünyada həftə ərzində 2 433 581 yoluxma halı və 7 802 ölüm halı qeydə alınıb. Ötən yeddi gün (7 – 13 noyabr) ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayının artımı Cənubi-Şərqi Asiya (8 faiz) və Amerikada (3 faiz) qeyd edilib. Eyni zamanda Şərqi Aralıq Dənizində yoluxma hallarının sayı 22 faiz, Avropada – 11 faiz, Afrikada isə – 9 faiz azalıb.

Xəstəliklə bağlı ölüm hallarının sayı Avropada (26 faiz), Şərqi Aralıq Dənizində (20 faiz) və Amerikada (11 faiz) azalıb. Eyni zamanda ölüm hallarının sayının artımı keçən həftə Afrikada (124 faiz) və Cənubi-Şərqi Asiyada (13 faiz) qeydə alınıb.

Yaponiya həftə ərzində xəstəliyə ən çox – 593 075 yoluxanlar barədə məlumat verib. Daha sonra Koreya Respublikası (364 536), ABŞ (274 067), Fransa (186 446) və Çin (158 813) yer alıblar. Birləşmiş Ştatlarda yeddi gün ərzində ən çox – 2 202 ölüm halı qeydə alınıb. Bülletendə qeyd edildiyi kimi, ondan sonra Yaponiya (702), Çin (476) və Fransa (441) və Rusiya (430) qərarlaşıb.

Noyabrın 23-nə olan məlumata görə ÜST-yə pandemiya başlayandan bəri koronavirusla bağlı 635 709 158 yoluxma halı və 6 603 803 ölüm halı barədə məlumatlar daxil olub. Son gün ərzində 300 498 yoluxma halı aşkar edilib, 738 nəfər ölüb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər