24 C
Baku
Friday, April 26, 2024

ÜST: Dünyada koronavirusun yeni ştamları üçün ideal şərait yaradılıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus bildirib ki, bu gün dünya koronavirusun yeni ştamlarının yaranması üçün ideal şərait yaradıb.

Banker.az xəbər verir ki, “Pandemiyanın inkişafı və kəskin bazanın necə bitəcəyi ilə bağlı müxtəlif ssenarilər var. Lakin “omikron”un pandemiyaya son qoyacağına inanmaq təhlükəlidir. Əksinə, qlobal səviyyədə yeni ştamların ortaya çıxması üçün ideal şərait yaradılıb. Daha yoluxucu və ölümcül virusların yaranma potensialı olduqca yüksəkdir”, – deyə Qebreyesus söyləyib.

Daha əvvəl ÜST-in eksperti Mariya van Kerkhove dünyada yeni, “omikron”dan daha yoluxucu ştamların ortaya çıxa biləcəyini bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər