Hindistandakı koronavirus ştammının 53 ölkədə yayılması mümkündür, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilir. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Təşkilat qeyri-rəsmi məlumatlara görə, onun daha yeddi ölkədə aşkar edildiyini yazır. Əgər bu təsdiqlənərsə, ştammın yayıldığı ərazilərin sayı 60-a çatacaq.
Həftə ərzində koronavirusun bu növünün qeydə alındığı ölkələr sırasına Braziliya, Əlcəzair, Keniya, Qana və Kuraçao daxil olub. “B.1.617” adlanan bu virus ilk dəfə Hindistanda aşkar edilib. Alimlərin fikrincə, o daha dayanıqlı və təhlükəlidir.
Qeyd edək ki, koronavirus pandemiyasının daha da geniş yayılması fonunda Hindistanın xarici işlər naziri ABŞ-a səfər edib. Görüş zamanı müzakirə olunan əsas mövzulardan biri Covid-19 ilə mübarizədə təcili yardımdır.