Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Kanada Səhiyyə Nazirliyi və ABŞ administrasiyası dünyanı meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün fürsətdən istifadə etməyə və virusa qarşı beynəlxalq səviyyədə razılaşdırılmış cavab tədbirləri görməyə çağırır.
ABŞ-da bir gün ərzində meymunçiçəyinə rekord sayda – 1048 yoluxma halı qeydə alınıb.
Ümumilikdə ABŞ-da 4 639, İspaniyada 3 738, Fransada 1 700-dən çox, Kanadada 745, Niderlandda 700-dən çox, Portuqaliyada 500-dən çox, Peruda 203, İsrail və Avstraliyada 105 yoluxma halı qeydə alınıb. İsveçin paytaxt regionunda isə 63 yoluxma halı aşkar olunub.
Qeyd edək ki, ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, dünyada 18 min meymunçiçəyinə yoluxma halı qeydə alınıb.