7 C
Baku
Thursday, December 12, 2024

ÜST pandemiyanın uzanması riski barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus bildirib ki, ölkələrin koronavirusa qarşı revaksinasiya proqramları pandemiyanın uzanmasına gətirib çıxara bilər.

Banker.az xəbər verir ki, “Revaksinasiya proqramları, ehtimal ki, pandemiyanı uzadacaq, çünki peyvənd edilmiş əhalinin yüksək olduğu ölkələr virusun yayılması və yeni mutasiyaların yaranması üçün yol açacaq”, – deyə Gebreyesus söyləyib.

Beləliklə, daha varlı ölkələr daha çox doz vaksin istifadə edəcək, bu da yoxsul ölkələrdə qıtlığa səbəb olacaq. ÜST rəhbərli qeyd edib ki, hazırda koronavirusdan xəstəxanaya yerləşdirmə və ölüm hallarının böyük əksəriyyəti peyvənd olunmamış insanlarda baş verir.

“Heç bir ölkə pandemiyadan buster hesabına çıxa bilməyəcək”, – deyə Tedros Gebreyesus əlavə edib.

ÜST rəhbərinin dekabrın 22-də verdiyi açıqlamada buster dozanın ehtiyacı ilə bağlı məlumatların təhlil edildiyi vurğulanıb. Məlum olub ki, peyvəndlərin qeyri-bərabər paylanması ilə mübarizə aparmaq üçün ilin sonuna qədər revaksinasiyaya moratoriumun tətbiq edilməsi nəzərdən keçirilir.

ÜST-ə görə, qlobal miqyasda COVID-19 peyvəndi dozalarının təxminən 20%-i revaksinasiya üçün istifadə olunur. “Financial Times”ın məlumatına görə, buster dozaların sayına görə İslandiya, Çili, İsrail, Böyük Britaniya və Uruqvay liderlik edir.

Son xəbərlər
Digər xəbərlər