26 C
Baku
Saturday, July 27, 2024

ÜST rəhbəri pandemiyadan sonra bəşəriyyətin əsas problemlərini açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus Cenevrədə keçirilən konfransda bildirib ki, koronavirus pandemiyasından sonra bəşəriyyət daha böyük problemlərlə üzləşəcək.

Banker.az xəbər verir ki, onlar arasında artan yoxsulluq və bərabərsizlik, iqlim dəyişikliyi və yoluxucu olmayan xəstəliklər olacaq.

“Pandemiya başa çatandan sonra daha böyük çətinliklərlə üzləşəcəyik: yoxsulluq, aclıq, bərabərsizlik, yoluxucu olmayan xəstəliklər, iqlim dəyişikliyi və s.”, – deyə Gebreyesus söyləyib.

O, dünyanın istismar yolu ilə getməməli, o cümlədən təbii sərvətlərə etinasız yanaşmağa son qoymalı olduğunu əlavə edib. Rəhbərin sözlərinə görə, səhiyyəyə xərc deyil, gələcəyə qoyulan sərmayə kimi baxmaq lazımdır. “Sosial, iqtisadi və siyasi sabitliyin təməl daşı olan universal sağlamlıq təminatı olmalıdır”, – deyə Gebreyesus qeyd edib.

Dekabrın 12-də ÜST səhiyyə sistemində irəliləyişi ləngidən koronavirus pandemiyasının dünyada 500 milyondan çox insanı təhdid edən ifrat yoxsulluğa səbəb ola biləcəyini bildirən hesabat yayıb.

Pandemiya “1930-cu illərdən bəri ən pis iqtisadi böhrana səbəb olub və insanların müalicə xərclərini qarşılamasını çətinləşdirib”. Bu, “yarım milyarddan çox insanı yoxsulluğa sövq edir, çünki onlar bu xidmətlər üçün öz ciblərindən pul ödəməli olurlar”, – deyə mesajda bildirilib.

Son xəbərlər
Digər xəbərlər