19 C
Baku
Tuesday, April 16, 2024

ÜST: “Tezliklə koronavirus pandemiyası sona çata bilər”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Kluge bildirib ki, tezliklə koronavirus pandemiyası sona çata bilər.

O, bu barədə Frans Press nəşrinə müsahibəsində söyləyib.

“Avropa bölgəsi koronavirus pandemiyasının sonuna yaxınlaşmağı ehtimalı böyükdur. Peyvəndləmə nəticəsində kütləvi immunitetin yaranması səbəbindən “Omicron” ştammından sonra bir neçə həftə və ya ay ərzində sakitlik dövrü başlaya bilər”, – deyə Kluge vurğulayıb.

Eyni zamanda, ÜST nümayəndəsi əhalini ehtiyatlı olmağa çağırıb, çünki bu, virusun müəyyən ərazi üçün xarakterik olan endemik fazaya keçəcəyi anlamına gəlmir.

Son xəbərlər
Digər xəbərlər