2 C
Baku
Sunday, December 15, 2024

ÜST uşaqların kütləvi vaksinasiyasına münasibət bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələrin koronavirusa qarşı kütləvi şəkildə peyvənd olunmasını tövsiyə etmir, çünki bu yaş qrupunda yoluxma halları azdır.

Banker.az xəbər verir ki, bu barədə ÜST-in immunizasiya üzrə ekspertlərdən ibarət strateji məsləhət qrupunun Cenevrədə yaydığı bəyanatda deyilir.

“ÜST hazırda uşaqlar və yeniyetmələrin vaksinasiyasına başlamağı tövsiyə etmir, çünki bu yaş qrupunda yoluxma sayı azdır. Bununla yanaşı, yoluxma riski yüksək olduğu yaş qruplarının hələ də peyvənd olunmadığı ölkələr var”, – deyə bəyanatda vurğulanır.

ÜST-in baş direktoru Tedros Gebreyesus çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə peyvəndlərin dünya üzrə paylanmasında ədalətin olmamasına diqqət çəkib. O hesab edir ki, bu problemi aradan qaldırmaq üçün daha çox tədbirlərə ehtiyac var. “Omikron” ştamının ortaya çıxması, onun sözlərinə görə, bu problemin tezliklə həll edilməsinin zəruriliyinə vurğu edir.

Birinci və ya ikinci dozanı hələ almamış tibb işçiləri, yaşlılar və yoluxma riski yüksəl olan digər şəxslərin peyvənd olunmasına üstünlük verilməlidir. Gebreyesus xatırladır ki, Afrikada hər dörd tibb işçisindən üçü peyvənd olunmayıb.

Son xəbərlər
Digər xəbərlər