19 C
Baku
Sunday, May 19, 2024

Üzük – kontaktsız ödəniş üçün yeni trend oldu

Son günlər ərzində 2 şirkət daxilində təmassız ödəniş funksiyasına sahib bəzək əşyası təqdim etdi. Visa ödəniş sisteminin hazırladığı üzüklər London Fashion Week-də nümayiş etdirilmişdir. Lakin Kerv şirkətinin texnoloji bəzək əşyası Kickstarter-də lazımi məbləği toplamalıdır.

Üzüklər daxili NFC-çiplə təmin edilib və onlar vasitəsilə ödəniş etmək mümkündür. Üzükləri kütləvi istehsalata buraxmaq üçün £77 toplamaq lazımdır.

Bəzək əşyasının özünün dəyəri isə £49,99-dur. Üzük vasitəsilə ödəniş etməklə yanaşı, bu cihaza əlaqə nömrələri, tibbi göstəricilər və s. kimi məlumatları da qeyd etmək mümkündür. Lazım olduğu an isə məlumatları NFC dəstəkləyən istənilən smartfona köçürmək mümkündür.

Həmçinin Kerv üzükləri ilə təhlükəsizlik sisteminə uyğun gələn kilidləri açmaq da mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər