14 C
Baku
Thursday, March 28, 2024

Vərəsələrə pensiya kapitalını necə qaytarmaq olar?

Əmək Pensiyası haqqında qanuna əsasən pensiya sığorta və yığım hissədən ibarətdir. Hazırda qanunvericilikdə əmək pensiyasına yığım hissəsi ilə çıxmaq mümkündür. Yığım hissə nədir? Yuarıda qeyd edilən qanunun 1 maddəsinə əsasən Əmək pensiyasının yığım hissəsi – fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.

Pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir

Gözlənilən pensiya ödənişi müddəti – bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 

əmək pensiyasının sığorta hissəsi – fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.

Hazırda pensiya kapitalı 23040 manatdır. Yəni Əmək Pensiyasının qanunun 7 maddəsinə əsasən sığorta olunanın pensiya çıxmaq üçün sığorta stajı kifayət etmədikdə pensiya kapitalına yığılan vəsait əsas götürülərək ona minimim 160 manat pensiya təyin edilir. Əgər pensiya kapitalı kifayət deyilsə, Sosial müavinatlar haqqında qanunun 1 maddəsinə əsasən qadınlar 62, kişilər isə 67 yaşına çatdıqda sosial müavinat ala bilərlər (qocalığa görə pensiya). Bunun da məbləği Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 130 manata qaldırılıb. 

Vərəsələrə pensiya kapitalının şamil edilməsi isə Əmək Pensiyası haqqında qanunun 18 maddəsi ilə mümkündür. Amma əmək pensiyaya çıxmaq sığorta hissə nəzərdə tutulmayıb. Yəni əsas yığım hisssə götürüldüyündən, pensiya kapitalının vərəsələrə şamil edilməsi mümkün deyil. 

rauf
Rauf Qarayev

Müəllif
İqtisadçı-ekspert
Rauf  Qarayev

Son xəbərlər
Digər xəbərlər