9 C
Baku
Thursday, December 12, 2024

Vətəndaşın bank kartından 15 min manat oğurlayan şəxs ölkədən qaçmaq istəyərkən saxlanıldı

Sosial şəbəkə vasitəsilə vətəndaşın bank kartından 15 min manat oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla ələ etdiyi müəyyən olunub. V.Məmmədovun qanunazidd əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər.

Həmçinin qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxs tərəfindən əraziyə atılan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça və 47 ədəd patron aşkar ediblər. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər