5 C
Baku
Saturday, December 14, 2024

Vətəndaşlar ötən il vəsaitlərinin 18%-ni “geyimə” xərcləyib

2018-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 17,8%-ni toxuculuq məhsulları, geyim və ayaqqabılar təşkil edir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, emal sənayesindən əldə olunan mənfəət 2018-ci il üzrə  2017-ci ilə nisbətən faizlə 98,3%  və ya 10,57 mln. manat  təşkil etmişdir. Bu vəsaitin bir hissəsi – 76,22 mln. manatı  geyim istehsalından  qazanılmışdır.

2018-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət  dövriyyəsinin məhsullar üzrə strukturuna nəzər saldıqda aydın olur ki,  pərakəndə ticarət dövriyyəsində toxuculuq məhsulları, geyim və ayaqqabı satışından əldə olunan gəlir  6,61 mln. manat və ya 2017-ci ilə nisbətən 103,5 %  təşkil etmişdir. Xatırladaq ki, 2018-ci il  üzrə yanvar-dekabr ayları aralığında pərakəndə ticarət  dövriyyəsinin məhsullar üzrə satışından əldə olunan gəlir  37 090,0 mln. manat və ya 2017-ci ilə nisbətən  103,3%  təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər