26 C
Baku
Saturday, July 27, 2024

Vahid Ələkbərovun biznes prinsipləri

Lukoil Neft Şirkətinin pezidenti Vahid Ələkbərov.

  • Mən iqtisadiyyatçı deyil, mühəndisəm. Mən həmişə yataqları axtarır, tapır və emal edirəm.
  • Biz yaxşı keyfiyyətli məhsul istehsal edir və onu ədalətli və bazar qiymətlərinə uyğun olaraq bazara təqdim edirik. Əhalinin gəlirlik səviyyəsi və sosial stabilliyinə görə isə dövlət məsuliyyət daşıyır. Məhz onlar vergi siyasətini müəyyən edir. Büdcə pulları xərcləyən biz deyilik. Onların bölgüsünə görə dövlət cavabdehlik daşıyır. 
  • Hər bir neft şirkəti üçün ehtiyatlar onun başlıca dəyəridir. Yer üzündə qalan hər şey isə -ikinci dərəcəli aktivlərdir.
  • Bizim üçün vacib olan kursun stabilliyi və davamlılığıdır.
  • Mən adım kimi əminəm, nə qədər ki, qanun çərçivəsində vergiləri minimallaşdırmaq imkanı var, hər kəs bundan istifadə etməyə çalışacaq.
  • Mən bizim səhmlərin etibarlılığın vurğulamağı çox vacib hesab edirəm, mənim bütün aktivlərim yalnız «Lukoil»-in qiymətli kağızlarında cəmlənib.
  • Mən paxıl insan deyiləm.
  • Mənim çox cüzi tələbatlarım var. Təyyarə, yaxta, xaricdə daşınmaz əmlak – bunlardan heç biri məndə yoxdur. Bu planda narahat olmayın, axı mən ciddi sovet tərbiyəsi almışam.
  • Biz dünyanın ən gəlirli və ən effektiv neft konserni olmaq istəyirik.
  • Boş vaxtımız olduqca az olur, iş bütün vaxtımızı əlimizdən alır. Yəqin ki, neft Olimpində cəmi iki nəfər bizim kimi öz işinə aludə olan insan var –biri mən, biri də “Surqutneftqaz”-ın direktoru Vladimir Boqdanov. Nə etmək olar, eyni məktəbi keçmişik.
  • Bizim səhmdarlar proyektlərə pul qoyarkən böyük risk edirlər və əlbəttə ki, onlar bu riskin müqabilində mükafatlanmaq istəyir. Əks təqdirdə onlar sadəcə öz pullarını depozitdə saxlayardı. Neft şirkətlərinin səhmdarları ekstra gəlir əldə etmək istəyir, çünki onlar həm ekoloji risk, həm siyasi risk, həm də geoloji quruluş riskləri daşıyırlar.

Faktlar

Vahid Ələkbərov Bakıda anadan olub. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan həmyerlimiz, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinci müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “Lukoil” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “Lukoil” şirkətinə prezidentlik edir. “Şərəf nişanı” və Dostluq ordenləri, “Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə” medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur.

O, dünyada rəsmən milyarder kimi tanınan ilk azərbaycanlıdır (Qeyd etmək lazımdır, o Rusiya vətəndaşıdır).

  • 2010-cu ildə Amerikanın ConocoPhillips kompaniyası öz səhmlərinin 20%-ni “Lukoil”-ə satdı, Ələkbərov səhmlərin 6%-ni, elə həmin səhmlərin özünü girov qoyaraq kredit götürməklə aldı.
  • Vahid Ələkbərov 20% səhm ilə “Lukoil”-in ən böyük səhmdarıdır. 2010-cu ilə qədər ikinci ən böyük səhmdar ExxonMobil’s şirkəti idi. Şirkət öz səhmlərini satanda kredit götürməklə bu səhmlərin bir hissəsini aldı. 2011-ci ildə qiymətlər qalxanda o səhmlərin 3%-ni sataraq, bu yolla $350 milyon dollar qazandı
  • ABŞ-ın “Forbes” jurnalının 2012-ci ildə tərtib etdiyi dünyanın ən varlı adamlarının reytinqində 62 yaşlı Vahid Ələkbərov 13,5 milyard dollar ilə 56-cı yerdədir. Eyni zamanda o, Rusiya Federasiyasının ən varlı biznesmenlərinin siyahısında 5-ci yerdədir. Ailəlidir, bir oğlu vardır.
  • Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Vahid Yusif oğlu Ələkbərov “Şərəf” ordeni ilə təltif edilmişdir.
  • 2011-ci ilin martında Hyuston konfransında Ələkbərov özünün «Rusiya Nefti: keçmiş, indi və gələcək» adlı kitabını təqdim etmişdir.
  • 2011-ci ildə Ələkbərov həm də Belçikanın varis şahzadəsi Filipp tərəfindən Komandor dərəcəli Kral Tacı Ordeni ilə təltif olunmuşdur. Belçikada Lukoyl şirkətinin 159-dan çox yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir.

Airbus ACJ319 təyyarəsinin interyeri sizə həyatdan tam zövq almağa imkan verir: burda yer çoxdur….

Analoji biznes-təyyarədə Vahid Ələkbərovda hava səyahətlərinə çıxır. Forbes jurnalına əsasənVahid Ələkbərovuəsasən Kanada istehsalı olan “Bombardier Challenger 605” reaktiv təyyarəsindən istifadə edir. Qeyd olunur ki, təyyarənin kreyser sürəti 850 km/s, praktik uzaqlığı 7491 km, sərnişin tutumu 9-12 nəfər, orta qiyməti isə 25 milyon dollardır.

Son xəbərlər
Digər xəbərlər