19 C
Baku
Friday, May 3, 2024

Vahid Ələkbərov Bakıya qayıdacaq?

“Vahid Ələkbərov bundan sonrakı dövr üçün yaranmış vəziyyəti qiymətləndirərək, heç bir kənar təsir olmadan, belə qərara gəlib”.

Bunu neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərovun şirkətin Direktorlar Şurasının üzvü və prezidenti postunu tərk etməsinin səbəblərindən danışarkən deyib:

“Fikrimcə, Vahid Ələkbərov bundan sonrakı dövr üçün yaranmış vəziyyəti qiymətləndirərək, heç bir kənar təsir olmadan belə bir qərar verib. 2015-ci ilin yanvarında o, Ukraynadan biznesini çıxarmaq qərarına gəlmişdi. Çünki hələ o zamandan Ukrayna ilə Rusiya arasında qarşıdurmanın necə cərəyan edəcəyini görürdü. O, postsovet məkanında ilk özəl neft şirkətini qurub. Sonradan Rusiya büdcəsinə özəl sektordan ən böyük vergi verən şirkəti ərsəyə gətirdi”.

Həmsöhbətimizə görə, indiki vəziyyətdə Ələkbərov başa düşür ki, Rusiyanın belə davam edəcəyi təqdirdə gələcəyi yoxdur:

“Anlayır ki, Rusiya yenidənqurma dövründən əvvəlki perspektivsiz zamana qayıdır və ölkənin sanksiyalardan qabaqkı dövrə qayıtması üçün ən azından bir nəslin dəyişməsinə ehtiyac olacaq. Bir sözlə, o anlayıb ki, indiki vəziyyətdə “LUKOYL”un prezidenti olmasının ona heç bir xeyri yoxdur. Ələkbərovun bu addımını əslində Anatoli Çubaysın getməsindən sonra ikinci belə istefa adlandırmaq olar”.

İ.Şabanın fikrincə, karyerasına Bakıdan başlayan V. Ələkbərov əvvəl – axır elə Bakıya da dönəcək.

MənbəQaynarinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər