28 C
Baku
Saturday, July 27, 2024

Vahid Mustafayevin “VMF”i ilin ilk yarısında ₼3.2 mln. gəlirə qarşı ₼292 min xalis mənfəət edib

Vahid Mustafayevin “VMF” şirkəti 2023-cü ilin ilk yarısında 3 milyon 203 min manat gəlirə qarşı 292 min manat üzərində xalis mənfəət əldə edib.

Bu barədə “VMF” şirkətinin yarımillik maliyyə hesabatında qeyd edilir.

Qeyd edilir ki, “VMF”in satışlarının maya dəyəri 1 milyon 892 min manat olub və bu da, şirkətin ümumi mənfəətinin 1 milyon 311 min manat olmasına səbəb olub.

Şirkətin inzibati xərclərinin həcmi 943 min manat olub. Qeyd edək ki, “VMF” maliyyə hesabatını cari ildən açıqlamağa başladığı üçün onun öncəki yarımillər üzrə göstəricilərini müqayisə etmək mümkünsüzdür. Lakin, audit olunmuş hesabatına görə, 2022-ci ili 426 min manat xalis mənfəətlə başa vurmuşdu.

Xatırladaq ki, “VMF” şirkəti 1998-ci ildə təsis edilib. Onun nizamnamə kapitalı 20 220 manat olmaqla, onun 100%-i Vahid Mustafayevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər