12 C
Baku
Wednesday, April 24, 2024

Valensiya klubu müflis ola bilər

İspaniyanın “Valensiya” klubu maliyyə problemi ilə üzləşib.

AS nəşrinə istinadən, futbolçuların məvacibini ödəməkdə çətinlik çəkən “yarasalar” onlara pulun əvəzinə veksel təklif edib.

Bu, oyunçuların maaşlarını ala biləcəklərinin təminatıdır. Veksellərin 2021-ci ilin sentyabrından tez verilməyəcəyi bildirilib.

“Valensiya”nın koronavirus pandemiyası səbəbindən bütün gəlirlərindən məhrum olub. İş o yerə çatıb ki, klubun maliyyə direktoru İnma İbanyes şəxsən futolçularla görüşərək onlara maaş vermək iqtidarında olmadığını etiraf edib. Hətta La Liqa təmsilçisinin yaxın vaxtlarda müflis elan edilə biləcəyi gözlənilir.

Qeyd edək ki, “Valensiya” İspaniya çempionatında 2019/2020 mövsümünü 9-cu pillədə başa vurub.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər