28 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 120.9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Bununla da ayın əvvəlindən 849 mln. dollar, ilin əvvəlindən isə 6 milyard 551.02 milyon ABŞ dolları valyuta satılmışdır.