2 C
Baku
Saturday, December 14, 2024

Valyutaların dönərlilik qabiliyyəti və maliyyə bazarında rolu

Maliyyə bazarında ticarətçi olmaq üçün, ilk öncə ticarət apardığınız məhsulun və ya əskinasın xüsusiyyətlərini bilməniz vacibdir. Forex ticarətində yalnız valyutalardan istifadə edildiyi üçün bu valyutaların dönərlilik qabiliyyətinə görə fərqlərini bilməniz həmin valyutanın bazarda hansı çəkiyə malik olduğunu təyin etməyə əsas verir. Dünya Maliyyə bazarında pulları digər valyutalara dəyişə bilməsinə görə 3 qrupa bölünür.

  1. Tam dönərli valyuta
  2. Qismən  dönərli valyuta
  3. Dönərsiz valyuta

 “Tam dönərli valyuta” – termini ilk dəfə 2002-ci ildə beynəlxalq pul dəyişmələri zamanı ortaya çıxmışdır.  İlk dəfə bu sistemə 7 ölkənin valyutası daxil idi. 27 may 2008-ci il tarixdəki məlumatlara görə tam dönərli valyutaların sayı 17-ə çatdırılmışdır.  Tam dönərli valyutalar beynəlxalq köçürmələrdə istifadəsinə, digər tam dönərli valyutalara  limitsiz dəyişdirilməsinə görə digərlər valyutalardan fərqlənir. Bunlar aşağıdakılardır:

  1. Birləşmiş Ştatlar dolları
  2. Avropa Birliyi Ölkələri , avro
  3. Böyük Britaniya funtsterlinqi
  4. Yaponiya yenasi
  5. İsveçrə frankı
  6. Kanada dolları
  7. Avstraliya dolları
  8. İsveç kronu
  9. Danimarka kronu
  10.  Norveç kronu
  11.  Sinqapur dollari
  12.  Honkonq dolları
  13. Canubi Koreya vonası
  14. Yeni Zenlandiya dolları
  15. Cənubi Afrika randı
  16. Meksika pesosu
  17. İsrail şekesi

Qismən dönərli valyutalar əsasən inkişaf etməkdə olan ölkələrin əskinaslarıdır. Bu valyutalar müəyyən limit daxilində , yalnız dönərli valyutalara dəyişdirilə bilər.  Bu pullara nümunə olaraq Rusiya rubulunu misal gətirmək olar.

Dönərsiz pullar beynəlxalq pul köçürmələrində iştirak etmirlər. O cümlədən hər valyutaya birbaşa dəyişdirilmə xüsusiyyəti olmur. Yalnız vasitəçi valyutalar vasitəsi ilə digər valyutalara dəyişdirilə bilər. Dönərsiz valyutalar yalnız onu istifadə edən ölkənin ərazisində etibarlıdır. Buna Ukrayna qrivini, Belarusiya levi, Azərbaycan manatı və.s nümunə gətirmək olar.

Pulunun tam dönərliliyinə məxsus olan ölkələr üçün maliyyə dövriyyəsini idarə etmək olduqca çətindir. Bu ölkənin infilyasiyanın qarşısını almaq üçün mütəmadi maliyyə bazarında iştirakı və ölkədə ucuzlaşdırılmış kredit siyasətini keçirtməsi zəruridir.  Bu səbəbdən yuxarıda sadalanan 17 ölkənin mərkəzi banklarının faiz dərəcəsi çox aşağıdır. Hətta infilyasiya təhlükəsi ilə üzləşən Yaponiyada mərkəzi bankın illik faiz dərəcəsi 0.1 %- ə endirilmişdir.

Maliyyə ticarətində BUY, SELL terminləri şərti olaraq belə adlanır. Əslində hansısa bir valyutanı alarkən o sadəcə olaraq digərinə dəyişdirilir. Məsələn : USD ilə açılmış hesablarda AUDUSD cütlüyünə BUY verərkən, siz sadəcə müəyyən həcmdə ABŞ dollarını Avstraliya dolları ilə əvəz edirsiz. Eyni ilə AUDUSD cütlüyünə SELL əməliyyatı verdiyiniz zaman müəyyən həcmdə Avstraliya dollarını borc götürərək onu müəyyən dövr üçün ABŞ dolları ilə əvəzləyirsiniz.

Ümumiyyətlə bu əməliyyatları icra edərkən qazanclı olması üçün mövcud zamanda daha dəyərli valyutanı tapmaq lazımdır. Bunun üçün dəyişmək istədiyiniz valyutanın məxsus olduğu ölkənin iqtisadi göstəriciləri ilə yaxından tanış olmaq lazımdır. Buna ilk öncə hər iki valyutanın mənsub olduğu ölkələrin mərkəzi banklarının faiz dərəcələrini bilməklə başlamaq olar. http://www.tradingeconomics.com/country-list/interest-rate -bu linkdə hər bir ölkənin mərkəzi banklarının faktiki və keçmiş faiz dərəcələrinə baxmaq olar.  Daha sonra həmin ölkədə ÜDM (ümumi daxili məhsul ) və ÜMM (ümumi milli məhsul)- un aylıq və ya rübluk göstəricilərinə, ölkədə işsizliyin səviyyəsi ( ötən dövrə nisbətən dəyişmə tempi ) və.s.  o cümlədən bunlara dair proqnozları izləmək lazımdır. Bunları nəzərdə keçirdikdən sonra kapitalınızı ən zəif  iqtisadi göstəricilərə malik olan valyutanının müqabilində ən güclü valyutaya dəyişmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər