22 C
Baku
Thursday, April 18, 2024

Varlı ailələr mirası necə bölürlər?

İsveçrənin UBS bankının anketinə görə, varlı ailələr miras qərarlarında çox dəyişkən davranırlar. Yüksək miras payına sahib olmaq üçün vacib olan ən önəmli xüsusiyyət etibarlı olmaqdır. Mövzu böyük bir ailənin mirası olduqda, etibarlı və qayğıkeş bir insan olmaq gözləniləndən də artıq gəlirin qapısını aça bilər. UBS-nin bu yaxınlarda keçirdiyi sorğu zəngin ailələrin miras bölmə qaydası ilə bağlı maraqlı faktları üzə çıxarıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, aparılan sorğuda iştirak edən respondentlərin üçdə ikisi sərvətlərini ailələri ilə bölüşdürməkdə çətinlik çəkdiklərini deyir. Sözügedən zənginlərin yarısı varislərinin nə qədər sərvət sahibi olduqlarını belə bilmədiklərini bildiriblər. Demək olar ki, eyni faiz respondent deyir ki, onlar varislərinin bütün sərvətlərini harada saxladıqlarını bilmirlər. Vərəsəlik gözləyənlərin 42%-i isə cari vəsiyyətnamələrin onlarda olmadığını bildirir.

Mirasın qeyri-bərabər bölüşdürülməsinin səbəbləri kifayət qədər müxtəlifdir. Respondentlərin 80%-i daha yaxın münasibətlərə görə bəzi varisləri digərlərindən üstün tutduqlarını söyləyib. Respondentlərin dörddə üçü isə bəzi varislərin pulu daha yaxşı idarə edəcəyinə inandıqları üçün seçdiklərini deyir. Respondentlərin 74%-i kifayət qədər sadə cavab verib: “Onlar mənə baxmaq üçün daha çox məsuliyyət götürüblər”.

Qarışıq ailələr (ailədə hər iki tərəfin də əvvəlki nikahdan övladı olan ailələr) üçün problem digərlərinə nisbətən daha qabarıqdır. Sözügedən ailələrin 87%-i əmlaklarını ədalətli bölməkdə çətinlik çəkdiklərini deyir.

Nəticə olaraq isə sadə bir həll yolu vurğulanır: daha çox açıq ünsiyyətə sahib olmağın həm varislər, həm də sərvət sahibləri üçün çox daha faydalı bir üsuldur.

Son xəbərlər
Digər xəbərlər