-1 C
Baku
Sunday, December 15, 2024

Vaşinqton İsveçrə və Vyetnamı valyuta manipulyatorları adlandırıb

ABŞ-ın Maliyyə Nazirliyi əsas ticarət tərəfdaşlarının makroiqtisadi və pul siyasətini nəzərdə keçirdikdən sonra, İsveçrə və Vyetnamı valyuta manipulyatorları adlandırıb.

Banker.az xəbər verir ki, bu barədə nazirliyin saytında deyilir.

Bu ölkələrin ən azı 2020-ci ilin iyun ayına qədər valyuta müdaxilələri bir sıra suallar doğurub. Vaşinqtonun fikrincə, İsveçrə və Vyetnam tədiyyə balansında dəyişiklik etməyə, təkcə Vyetnam isə qanunsuz olaraq beynəlxalq ticarətdə rəqabət üstünlüklərini qazanmağa çalışıb.

ABŞ İsveçrə və Vyetnamla “ikitərəfli əlaqə” qura biləcəyinə ümid etdiyini və aşkarladığı maliyyə manipulyasiyalarına görə müəyyən tədbirlər görmək hüququna sahib olduğunu bildirib. Vaşinqton bu problemi ilin sonuna qədər həll etməyi planlaşdırdığını qeyd edib. İsveçrə Mərkəzi Bankı isə yanaşmasını dəyişdirməyəcəyini və “valyuta manipulyasiyaları ilə əlaqəli olan” ittihamları rədd etdiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin qərarı simvolik xarakter daşıyır və Beynəlxalq valyuta fondu ilə konsultasiyaların keçirilməsini tələb edir.

Son xəbərlər
Digər xəbərlər