21 C
Baku
Tuesday, May 21, 2024

Vaxt satıcısı

Ötən əsrdə Londonda qeyri-adi bizneslə məşğul olan Rut Belvin adında qadın yaşayırdı, o vaxt satırdı. Vaxtın satılması üzrə biznes ona valideynlərindən miras qalmışdı, belə ki valideynləri 1836-cı ildən bu işlə məşğul olurdular. Belvin hər gün Qrinviç Kral Rəsədxanasına gedir və saatları tutuşduraraq öz xronometrində dəqiq vaxtı quraşdırırdı. Bundan sonra isə dəqiq vaxtı demək üçün müştərilərə yollanırdı. Bu xidmətdən daha çox saatsazlar yararlanırdı. XIX və XX əsrlərin kəsişməsində Londonda onların sayı 200-ə çatırdı…

1

Ailə öz bizneslərində No. 485/786 «Arnold» adlı cib xronometrindən istifadə edirdi. Artıq XX əsrdə Rut Belvinin rəqibi – Con Vinn peyda oldu. O, teleqraf vasitəsilə dəqiq vaxtı deməklə oxşar xidmət göstərməyə başladı. Hətta bir neçə dəfə Belvini köhnə üsuldan istifadə etdiyinə görə tənqid etmişdir.

1926-cı ildə onun biznesinə daha ağır bir zərbə dəydi – BBC radiostansiyası məşhur “dəqiq vaxtı bildirən altı siqnal”(əsasən günorta, gün ərzində bir dəfə dəqiq vaxtı bildirmək üçün altı dəfə siqnal verilirdi) verməyə başladı. Əksər müştərilər Belvinin xidmətlərindən imtina etdi, lakin o, 1940-cı ilə qədər işləməyə davam edirdi. Həmin vaxt onun 86 yaşı var idi və hər gün 12 mil yol getmək ona getdikcə daha çətin olurdu.

Belvin 1943-cü ildə 90 yaşında dünyasını dəyişdi. Onunla daha bir qeyri-adi peşə – vaxt satıcısı da yoxa çıxdı. Onun məşhur saatları “Worshipful Company of Clockmakers” şirkətinin muzeyinə verilmişdi, 2008-ci ildə isə Britaniya Dövlət Qrinviç muzeyi onun haqqında kitab buraxdı.

2

Vaxt – puldur… 

Son xəbərlər
 ⁠
Digər xəbərlər