21 C
Baku
Şənbə, May 21, 2022

Vençur maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanır

ASAN Xidmət Azərbaycanda vençur maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi hazırlayır.

Banker.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri bildirib.

“Sənədin hazırlanması prosesində biz, eləcə də İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də iştirak edir. Qanun layihəsinin bu il qəbul edilməsi gözlənilir. Yeni qanun həm startap, həm vençur fondlarının yaradılması üçün mühüm əhəmiyyət kəsb edəcək”, – deyə Orxan Məmmədov qeyd edib.

Vençur maliyyələşməsi — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir.

İnnovasiya müəssisəsinin yaradılması mərhələsində (start-up mərhələsi) investisiyadan fərqli olaraq vençur maliyyələşməsi kompaniya ilk gəlir gətirməyə başladıqda, başqa sözlə inkişaf və genişlənmənin ilkin mərhələsində həyata keçirilir. Vençur maliyyələşməsi əsasən vençur fondları və biznes-layihələr (innovasiya layihələrinə şəxsi vəsaitlərini yerləşdirməyə hazır olan fiziki şəxslər) həyata keçirirlər. İdarəetmə kompaniyası qapalı səhmdar fondun təşkilati-hüquqi şəklində yaradılır.

Son xəbərlər
Oxşar xəbərlər