4 C
Baku
Thursday, February 29, 2024

Venesuela Ali Məhkəməsi PDVSA-ya yeni rəhbərliyin təyin olunmasına qarşı çıxıb

Venesuela Ali Məhkəməsi müxalifətyönümlü Milli Assambleya tərəfindən dövlət neft-qaz şirkəti PDVSA-ya yeni rəhbərliyin təyin olunmasını etibarsız sayıb. Bundan əlavə, məhkəmə PDVSA-nın törəmə şirkəti olan “Citgo”ya İdarə Heyətinin üzvlərinin təyin edilməsini də etibarsız sayıb.

 Bu barədə RİA “Novosti” yerli televiziyanın yayımına istinadən məlumat verib.

Həmçinin məhkəmə bu şəxslərin bank hesablarını bloklayıb və onların Venesuelanı tərk etməsinə qadağa qoyub.

Hakim Xose Mendosa şirkətlərə yeni top-menecerlərinin təyin edilməsinin Venesuelada dövlət çevrilişinə cəhdlə əlaqəli olduğunu deyib.

Son xəbərlər
Digər xəbərlər