-1 C
Baku
Sunday, December 15, 2024

Venesuela paralel valyutaya keçid edib

Banker.az xəbər verir ki, Karakasda yerləşən kommunalardan biri, Panal 2021 yüksək inflyasiya fonunda şəxsi valyutasını yaradıb.

Bu haqda kommuna rəhbərliyi öz Twitter hesabında yazıb.

“Venesuelaya qarşı iqtisadi müharibənin və beynəlxalq maliyyə blokadasının ən qızğın dövründə Panal-2021 və Aleksis Vivenin patriotik qüvvəsi daimi komandant Uqo Çavesin birbaşa tapşırıqlarını yerinə yetirərək bu gün kommunal valyutanı dövriyyəyə buraxır” – deyə məlumatda qeyd olunub.

Həmçinin əksəriyyətinin üzərində Uqo Çavesin təsviri əks olunmuş valyutanın şəkilləri nəşr edilib.

Kommuna daxilində panal valyutasının dövriyyəyə buraxılması üçün ilk əməliyyat düyü alınması ilə bağlı müqavilə oldu. Belə ki, 1 kiloqramın qiyməti 3 panal təşkil edib. Bununla yanaşı, təyin edilmiş məzənnəyə əsasən, 1 panal 5000 Venesuela bolivarına bərabərdir.

Ölkə rəhbərliyi hələ ki, Karakasda dövriyyəyə buraxılmış yeni valyutaya münasibət bildirməyib.

Son xəbərlər
Digər xəbərlər