7 C
Baku
Sunday, December 15, 2024

Venesuela Peru ilə diplomatik əlaqələri kəsib

Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Hil Pinto bildirib ki, ölkə hakimiyyəti Peru ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Onun sözlərinə görə, bu, Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçeanın seçkilərin rəsmi nəticələrini tanımayan bəyanatları fonunda baş verib. Həmçinin iyulun 29-da Venesuela Latın Amerikası ölkələrindən, o cümlədən Perudan seçkinin nəticələrini tanımayan diplomatlarını geri çağırdığını elan edib.

“Venesuela Bolivar Respublikası 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Peru Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, – deyə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Bundan əvvəl Peru, Uruqvay, Argentina, Kosta-Rika, Ekvador, Qvatemala, Panama, Paraqvay və Dominikan Respublikasının hakimiyyət orqanları birgə bəyanatda prezident seçkilərinin nəticələrinə yenidən baxılmasını tələb ediblər.

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Milli Seçki Şurasının protokolların 80%-i işləndikdən sonra dərc edilən bülletenə əsasən, Maduronu 5 milyon 150 min 92 seçici (səs verənlərin 51.2 faizi) dəstəkləyib. Onun əsas rəqibi, ifrat sağçı partiyaların namizədi Edmundo Qonzales üçün 4 445 978 nəfər (44.2%) səs verib.

Son xəbərlər
Digər xəbərlər