Dünya bazarlarında Venesuela və İran kimi siyasi təsirlər ABŞ neftini 2014-cü ilin noyabrından bu tərəfə ən yüksək həddə keçirib.
Analitiklər bildirir ki, Venesuelada dərin iqtisadi böhran səbəbiylə neft təminatının kəsəcəyi təhdidləri mövcuddur. Bundan əlavə, ABŞ-İran danışıqlarının baş tutmaması qlobal bazarında təchizatla bağlı təziyiqlər saxlamaqda davam edir.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:32 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 68 sent, yəni, 0.98% artaraq 70.40$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 51 sent, yəni, 1.15% bahalaşaraq 75.73$-a təklif olunub.