23 C
Baku
Saturday, April 20, 2024

Venesuela valyuta bazarını liberallaşdırır

Ölkədə tam qanunvericilik səlahiyyətinə sahib olan Venesuela Milli Konstitusiya Məclisi, valyuta sahəsində cinayət məsuliyyətinin ləğv edilməsi ilə əlaqədar bir qanun layihəsini qəbul edib, bu qanun əslində valyuta bazarının liberallaşdırılmasını nəzərdə tutur.

Qanun Venesuelada bir neçə ildir fəaliyyət göstərir və 2003-cü ildən etibarən bütün valyuta əməliyyatları ciddi dövlət nəzarətindədir. Nəticədə bu, qara bazarın məzənnəsinin yaranmasına gətirib çıxardı ki, bu da rəsmi valyuta məzənnəsindən on dəfə fərqlənir. Cümə axşamı, qanunsuz bazarda dollar üçün 3.6 milyondan çox bolivar verilirdi, DICOM rəsmi valyuta sistemində  isə bu yalnız 114.5 min təşkil edir.

«Bu qanun iqtisadiyyatdakı fəlakəti dayandırmaq və bütün yaradılan investisiyaların Bolivar hökumətinin həyata keçirdiyi sosial proqramlara xərclənilməsinə köməklik göstrəcək. Dövlətin aldığı bütün dollarlar sosial sərmayələrə keçməlidir », – Twitter hesabından təsis yığıncağının sədri Diosdado Cabello bəyan edib.

Qanun layihəsi ölkə daxilində xarici valyutanın dövriyyəsinin mümkünlüyünü, eləcə də valyuta mübadilə şöbələrinin işini bazarda bərpa etmək imkanını nəzərdə tutur. Bolivarın dollara nisbəti qara bazarın göstəricilərinə nisbətlə azalacaq.

Xarici investisiyaları cəlb etmək üçün valyuta dövriyyəsi baxımından qanunvericiliyin dəyişdirilməsi təşəbbüsü ilə iyulun sonunda prezident Nikolas Maduro çıxış edib. Məhz bu zaman o, 20 avqustdan etibarən  milli valyutanın dəyişməsini, və beş sıfırın yığışdırılacağını bildirib.

Mənbə: RİA Novosti

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər