Venesuelada 2020-ci ilin altı ayında qiymət artımı 500%-i aşıb. Banker.az xəbər verir ki, bu məlumat çərşənbə günü prezident Nikolas Maduro və hökumətin siyasi rəqibəri tərəfindən nəzarət edilən Milli Assambleyanın maliyyə Komitəsi tərəfindən açıqlanıb.
“İyun ayında inflyasiya 19,5% təşkil edib, ilin əvvəlindən bəri hesablasaq – 508,47%”, – parlamentin “Twitter”də dərc etdiyi mesajda deyilir.
Fevral ayında Venesuela Mərkəzi Bankı 2019-cu ildə ölkədə inflyasiyanın 9 585,5% olduğunu bildirdi. Bununla yanaşı, 2017-ci ildən bəri milli iqtisadi göstəricilər haqqında müstəqil hesabat hazırlayan millət vəkillərinin fikrincə, rəsmi məlumatların olmaması səbəbindən keçən il qiymət artımı 7 374,4% təşkil edib.
Qeyd edək ki, son illərdə Venesuela hiperinflyasiya ilə müşaiyət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin verdiyi məlumata görə, ölkəni təxminən 4,5 milyona yaxın miqrant tərk edib. Bəzi proqnozlara görə, 2020-ci ildə onların sayı 6,5 milyon nəfərə qədər arta bilər.