6 C
Baku
Sunday, December 15, 2024

Vergi borcuna Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 907-yə çatıb

Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 7 nəfər artırılaraq 546-ya çatdırılıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 2 nəfər artıb və hazırda 361 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 898-dən 907-yə çatıb.

Report

Son xəbərlər
Digər xəbərlər