10 C
Baku
Thursday, December 12, 2024

Vergi daxilolmaları artıb – Nazir açıqladı

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 22.6% çox – 12 milyard 810.7 milyon manat vəsait daxil olub.

Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19.3% artaraq 7 milyard 425.8 milyon manata çatıb. Daxilolmalarda müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər