3 C
Baku
Friday, March 1, 2024

Vergi Məcəlləsinə dəyişikliklərin büdcəyə maliyyə yükü açıqlanıb

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin dövlət büdcəsində maliyyə tutumu, dəyişikliklər nəticəsində proqnozlaşdırılan maliyyə itkisinin həcmi açıqlanıb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva açıqlayıb.

“Vergi Məcəlləsinə dəyişikliklər ilə dövlət büdcəsinə 42.5 mln manat daxilolma nəzərdə tutulur. Təşviqlərin tam yerinə yetiriləcəyi təqdirdə isə 89 mln. manat vergi itkisi proqnozlaşdırılır”, – deyə S.Musayeva bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər