10 C
Baku
Thursday, December 12, 2024

Vergi Məcəlləsində cəriməsi var, işləmə mexanizmi yoxdur

Söhbət məcburi nişanlama ilə nişanlanmalı olan mallardan gedir. Vergilər Nazirliyinin tətbiq etdiyi bu yenilik alqışa layiqdir. Amma nədənsə hər zaman ki, kimi məcəllə qüvvəyə minir, amma işləmə mexanizmi sonradan araşdırılır və tətbiq edilir. Görəsən niyə belə olur? Səbəb müxtəlif ola bilər. Tələskənlik, hazırlayanların gözdən qaçırdığı məqamlar, ekspertlərin fikirlərinin nəzərə alınmaması, pilot olaraq sınaqdan keçməməsi və sairə. Bu da müəyyən problemlərdə yaradır. Nişanlama ilə nişanlanmalı olan mallar aid konsepsiya hazır olmayan zaman cərimə qüvvədədir. Bu cərimə qüvvədə olduğundan onun tətbiqi qaçılmazdır.

Vergi Məcəlləsinin 58.14. maddəsinə əsasən Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər