10 C
Baku
Wednesday, December 11, 2024

Vergi Məcəlləsinin tez-tez dəyişməsi sahibkarlara ziyandır

Vergi Məcəlləsi niyə hər il dəyişir? Bu dəyiklik nə üçün atılır? Suallara cavab verməmişdən digər ölkələrə misal üçün bizə yaxın ölkə olan Gürcüstan və Türkiyəyə nəzər salaq. Orada hər il bizim kimi 20-30 maddədə dəyişiklik olunmur. Səbəb odur ki, bu işlər kompleks şəklində görülür. Kompleks deyəndə nə nəzərdə tutulur? Aşağıdakı fikirlər nəzərə alınır:

  1. İctima mövqe;
  2. Sahibkarların fikri;
  3. Bu sahə üzrə ekspertlərin;
  4. Mühasiblərin, maliyyəçilərin fikri;
  5. Elmi instituda çalışan alimlər yekun olaraq öz fikirlərini bildirirlər.

Bu baxımdan ildə 20-30 maddə dəyişmir. Vergi Məcəlləsininin tez-tez dəyişməsinin mənfi tərəfi on ibarətdır ki, sahibkar öz işini qura bilmir. Bundan əlavə mühasiblər hətda vətəndaşlar, dəyişiklikdən əziyyət çəkir. Ölkə də Vergi Məcəlləsində qeyd olunan maddələr xüsusi izah tələb edir. Amma Gürcüstanın Vergi Məcəlləsinə nəzər salsaq, orada xüsusi izaha ehtiyac yoxdur. Hətta sual-cavab bölümündə suallar az verilir. Ölkədə Vergi Məcəlləsi çox qəliz yazılıb. Məcəllə yenidən yazılmalıdır. Bunu Nazirlik özü də vurğulayıb. Ekspertlərin rəyi 100 faizlik nəzərə alınmalıdır. Yuxarıda 5 faktorlar bütünlüklə, iş prosesində qeyd olunmalıdır. Nazirliyin bəzi əməkdaşların da məsuliyyətsizliyi də çoxdur. Misal: Nazirliyə təkliflə bağlı məktub göndərirsən, cavabsız qalır. Hətta nazirə, bir başa saytdan məktub yollayırsan o da cavabsız qalır. Bunu şahidi olmuşam. 8 fevral tarixində göndərdiyim elektron məktubum (nazirə və nazirliyə) bu günə kimi cavabsız qalıb. Digər qurumlara ünvanladığım məktuba ən geci 30 günə cavab alıram. Problemlər nə vaxt çözüləcək, yəqin bunu zaman göstərəcək.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər